Berti Foqts da gedəcək | |
Braziliyada keçiriləcək Dünya Çempionatına vəsiqə qazanmış İngiltərə milli komandası noyabrın 19-da Uembli stadionunda Almaniya yığması ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Bu İngiltərə Futbol Assosiasiyasının 150 illiyi münasibətilə reallaşacaq. 15-16 noyabrda ingilislər daha bir oyun keçirmək niyyətindədir. Bu Avstraliya və ya Argentina millisi ola bilər. Qeyd edək ki, İngiltərə-Almaniya matçında hər iki ölkənin futbol tarixində iz buraxmış mütəxəssislərin, o cümlədən Berti Foqtsun da iştirakı gözlənilir. |
|
Xəbər 934 dəfə oxundu. |
|
|