Millimiz Latviya klubuna qalib gəldi
Latviyada təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Latviyanın 1-ci Divizionunda çıxış edən "Tukums" klubu ilə qarşılaşan yığmamız Ruslan Nəsirli və Orxan Əliyevin vurduğu qollar sayəsində qələbə qazanıb - 2:0.

Xatırladaq ki, U-19 yığmamız oktyabrın 10-dan 15-dək İsveçdə Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq. Komandamız İrlandiya, Bosniya və Herseqovina və İsveç yığmalarıyla qarşılaşacaq.

Xəbər 1078 dəfə oxundu.