Xerardo Martino: "Yenidən hesabda geri düşməyimiz xoşuma gəlmədi"
"Yenidən hesabda geri düşməyimiz xoşuma gəlmədi. Standart vəziyyətlərdən çox qollar buraxırıq, bu vəziyyəti dəyişməliyik.
Lakin ikinci hissədə komandamız yaxşı görünürdü. Futbolçularımız rəngarəng hücumlar quraraq, təhlükəli vəziyyətlər yaradırdı.
Hər zaman optimist olmuşam, amma heç mən də çempionatda belə start alacağımızı gözləmirdim.
Sançes və Telyonun oyununu bəyəndim. Neymarı da tərifləmək istəyərdim. Bu gün o təkcə sol cinahda deyil, həm də mərkəzdə və sağda oynaya bildiyini nümayiş etdirdi."

Xəbər 1028 dəfə oxundu.