«Tottenhem» 2017-də köçməyə hazırlaşır
«Tottenhem» 2017-ci ildə yeni arenaya köçməyi planlaşdırır. Bunu klubun icraçı direktoru Donna-Mariya Kalen bildirib: «Tottenhem» dünya futbolunun 20 ən bahalı brendi sırasındadı və bu reytinqdə 11-ci yeri tutur. Bununla belə, bizim stadion top-20 klubları arasında ən kiçiyidi. «Uayt Hart Leyn cəmi 36,5 min tamaşaçı tutur.

Tribunalar demək olar ki, həmişə dolu olur. Hazırda mövsüm abonementi almağı gözləyənlərin siyahsında 40 min adam var. Klub tamaşaçıların tam tələbatını ödəyə bilmədiyindən böyük itkilərə məruz qalır. 2017-ci ildə komanda yeni arenaya köçməlidi. İnşaat üçün yer «Uayt Hart Leyn»ə yaxın məsafədədi və bu ərazi artıq alınıb. Bütün layihənin dəyəri 400 milyon funt ətrafında hesablanır».

Xəbər 890 dəfə oxundu.