«Arsenal» Vengerə 24 milyon təklif edir | |
London «Arsenal»ı komandanı uzun illərdir çalışdıran Arsen Vengerlə müqaviləsini 3 il uzatmaq istəyir. İngilis qəzetlərindən «Daily Mail»in xəbərinə görə, «Arsenal»ın fransız sükançısına 3 il üçün cəmi 24 milyon funt sterlinq təklif olunur. Təcrübəli mütəxəssislə vətənindən PSJ-nin də maraqlandığı və London klubunun da rəhbərliyinin bu səbəbdən cəld tərpənərək belə transferə imkan verməməyə çalışdığı bildirilir. Bu məsələ ilə bağlı ingilis mətbuatına danışan Venger deyib: «Doğrusunu söyləmək lazım olsa, 17 il çox uzun bir müddətdi. Buna baxmayaraq, buradan getmək istəmirəm. Müqaviləmi uzada bilərəm». İngilis mətbuatı da fransız mütəxəssisin klubundan ayrılacağını düşünmür. Premyer Liqada 6 turda 15 xal yığan «Arsenal» liderlik kreslosunda əyləşir. |
|
Xəbər 1083 dəfə oxundu. |
|
|