Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları keçirilib
Sentyabrın 10-11-də Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun oyunları keçirilib.
Turun mərkəzi qarşılaşması şənbə günü Lənkəranda olub. Burada “Xəzər Lənkəran” “Neftçi”ni qəbul edib. Oyunda vurulan yeganə qolla cənublular qalib gəliblər.
Günün digər 2 qarşılaşması isə paytaxtda təşkil edilib. “Bakı” “Rəvan”a, “İnter” isə “Simurq”a qalib gəliblər.
Sentyabrın 11-də keçirilən 3 oyunla isə 5-ci tura yekun vurulub. Öz meydanında “Turan”ı qəbul edən “Qəbələ” erkən qol buraxsa da oyunun gedişində hesabı öz xeyrinə dəyişə bilib – 2:1.
“Kəpəz” Gəncədə AZAL-a qalib gəlib – 3:1. Sumqayıtda keçirilən “Sumqayıt Şəhər” - “Qarabağ” oyununda isə hesab açılmayıb.

10 sentyabr (şənbə)

"Xəzər Lənkəran" - "Neftçi" - 1:0
Qol: Ruslan Abışov, 42 (avtoqol)

"İnter" - "Simurq" - 1:0
Qol: Valeri Abramidze, 53

"Bakı" - "Rəvan" - 3:2
Qollar: Aleksandar Soliç, 7, 29; Denis İvanovs, 20 - Kristian Torres, 69; Samuel Barlay, 78

11 sentyabr (bazar)

17:00. "Qəbələ" - "Turan" – 2:1
Qollar: Viktor Mendi, 15, Luis Hilario, 53 - Sergey Artyux, 5

17:00. "Sumqayıt Şəhər" - "Qarabağ" – 0:0

17:00. "Kəpəz" - AZAL – 3:1
Qollar: Şahin Kərimov, 1, Xəyal Qarayev, 35, Yuri Fomenko, 80 - Ervin Bulku, 45+1.

Xəbər 1109 dəfə oxundu.