Birinci divizionun təqvimində dəyişiklik edildi | |
Futbol üzrə Azərbaycan I Divizionunun təqvimində dəyişiklik edilib. “Neftçala” və “Lokomotiv” klubları arasında 28 sentyabr tarixində keçirilməli olan oyun 29 sentyabrda “Bakı”nın təlim-məşq bazasında baş tutacaq. Buna səbəb N.Nərimanov adına Neftçala şəhər stadionunda dövlət əhəmiyyətli tədbirin keçirilməsidir. Bu komandalar arasında ikinci dövrənin 29-cu turunun “Lokomotiv” – “Neftçala” oyunu isə N.Nərimanov adına Neftçala şəhər stadionunda baş tutacaq. |
|
Xəbər 929 dəfə oxundu. |
|
|