Fariz Məmmədov növbəti görüşünə çıxıb
Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov növbəti görüşünə çıxıb.

Ukraynanın Xarkov şəhərində keçirilən döyüşdə boksçumuz belaruslu Aleksandr Abramenko ilə üz-üzə gəlib. WBO (Ümumdünya Boks Təşkilatı) versiyası üzrə reytinq xarakteri daşıyan döyüş əvvəlcədən nəzərdə tutulduğu kimi, 6 deyil, 8 raunddan ibarət olub.
F.Məmmədov rəqibini üçüncü raundda nokautla məğlub edib.
F.Məmmədovun oktyabrında 26-da Böyük Britaniyada da reytinq xarakterli döyüşü nəzərdə tutulub.

Xəbər 801 dəfə oxundu.