Totti daha iki il "Roma"da
"Roma"nın futbolçusu Françesko Totti klubu ilə olan müqaviləsini yeniləyib.

Təcrübəli oyunçu ilə müqavilənin müddəti iki il daha uzadılıb.

Bununla da Totti 38 yaşına qədər "Roma"da forma geyəcək. Totti keçirilən mətbuat konfransında burada qaldığı üçün özünü xoşbəxt hiss etdiyini deyib: "Prezidentimizə təşəkkürümü bildirirəm. Burada qalmaq istədim və buna razılıq verdilər. İki il ərzində gözəl uğurlar əldə edəcəyimizə əminəm".

Xəbər 943 dəfə oxundu.