Subaşiçin klubunun cəzası dəqiqləşdi | |
Milli komandamızın üzvü Branimir Subaşiçin şərəfini qoruduğu Türkiyənin I liqa təmsilçisi "Orduspor" klubu cəzalandırılıb. Keçmiş futbolçusu Kürşat Duymuşun müqaviləsini haqsız yerə ləğv edən klub əvvəlcə iki mövsüm oyunçu transfer etmək hüququndan məhrum edilmişi. Bu qərarın ardından Ordu təmsilçisi apelyasiya məhkəməsinə müraciət etmişdi. Verilən son qərara əsasən "Orduspor"un cəzası bir mövsümə düşüb. Beləliklə klub bu mövsüm heç bir oyunçunu heyətinə qata bilməyəcək. |
|
Xəbər 1164 dəfə oxundu. |
|
|