Rumıniyada şahmat üzrə beynəlxalq “Kings” turniri | |
Oktyabrın 6-dan 17-dək Rumıniyada şahmat üzrə beynəlxalq “Kings” turniri keçiriləcək. Turnirdə ölkəmizi qrossmeyster Teymur Rəcəbov təmsil edəcəkdir. Yarışda Azərbaycan şahmatçısı ilə yanaşı, Fabiano Karuana (İtaliya), Ruslan Ponomoryov (Ukrayna), Vanq Hao (Çin) və digər idmançılar da mübarizə aparacaqlar. Turnirdə ev sahibi kimi Liviu–Diter Nisipyanu da iştirak edəcək. T.Rəcəbov bu ənənəvi turnirdə artıq üç dəfə qüvvəsini sınamışdır. 2010-cu ildə turniri gümüş medalla başa vuran şahmatçımız 2009 və 2011-ci illərdə dördüncü yeri tutub. |
|
Xəbər 1053 dəfə oxundu. |
|
|