Messi: "Turnirə qələbə ilə başlamaq vacib idi" | |
"Barselona" klubunun hücumçusu Lionel Messi Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində qarşılaşdıqları "Ayaks"la oyun haqda danışıb. Argentinalı futbolçu ilk oyunda qələbənin vacib olduğunu bildirib: "Turnirə qələbə ilə başlamaq çox vacib idi. Məncə, oyunumuz pis də alınmadı. Bizdə bəzi futbolçular var ki, onlar əks-hücumlarda əla oynayırlar. Çempionlar Liqasında 62 qol vurduğum üçün sevincliyəm. Ancaq əsas komandanın qələbəsidir". Qeyd edək ki, "Barselona"nın 4:0 hesabı ilə qalib gəldiyi görüşdə Messi het-triklə yadda qalmışdı. |
|
Xəbər 957 dəfə oxundu. |
|
|