"Real" "Qalatasaray"ı darmadağın etdi | |
UEFA Çempionlar Liqasının qrup mərhələsində yeni mövsümə start verilib. İlk oyun günündə A, B, C və D qruplarında oyunlar keçirilib. Azərbaycan futbolsevərlərinin diqqəti yenidən İstanbula yönəlib. Burada B qrupu çərçivəsində Türkiyənin "Qalatasaray" klubu Madrid "Real"ını qəbul edib. İspaniya təmsilçisinin üstünlüyü şəraitində keçən oyunda "Real" rəqibinə aman verməyib və 6:1 hesablı qələbə qazanıb. Ronaldo görüşdə het-trik edib. Qeyd edək ki, I turun qalan oyunları bu gün keçiriləcək. 17 sentyabr A qrupu 23:45. "Real Sosyedad" (İspaniya) - "Şaxtyor" (Ukrayna) - 0:2 Qollar: Aleks, 65 (0:1), 87 (0:2) 23:45. "Mançester Yunayted" (İngiltərə) - "Bayer" (Almaniya) - 4:2 Qollar: Runi, 22 (1:0), Rolfes, 54 (1:1), Van Persi, 59 (2:1), Runi, 70 (3:1), Valensia, 79 (4:1), Toprak, 88 (4:2) B qrupu 23:45. “Qalatasaray” (Türkiyə) – “Real” (İspaniya) - 1:6 Qol: İsko, 33 (0:1), Benzema, 55 (0:2), Ronaldo, 63 (0:3), 66 (0:4),Benzema, 81 (0:5), Umut Bulut, 85 (1:5), Ronaldo, 90 (1:6) 23:45. “Kopenhagen” (Danimarka) – “Yuventus” (İtaliya) - 1:1 Qollar: Yorqensen, 14 (1:0), Quaqliarella, 54 (1:1) C qrupu 23:45. “Benfika” (Portuqaliya) – “Anderlext” (Belçika) - 2:0 Qollar: Djuriçiç, 4 (1:0), Luizao, 30 (2:0) 23:45. “Olimpiakos” (Yunanıstan) – PSJ (Fransa) - 1:4 Qollar: Kavani, 19 (0:1), Vays, 24 (1:1), Motta, 68 (1:2), 73 (1:3), Marqunios, 86 (1:4) D qrupu 23:45. “Viktoriya” (Çexiya) – “Mançester Siti” (İngiltərə) - 0:3 Qollar: Dzeko, 49 (0:1), Yaya Ture, 54 (0:2), Aguero, 58 (0:3) 23:45. "Bavariya" (Almaniya) – CSKA (Moskva, Rusiya) - 3:0 Qollar: Alaba, 3 (1:0), Mandzukiç, 41 (2:0), Roben, 68 (3:0) 18 sentyabr E qrupu 23:45. “Çelsi” (İngiltərə) – “Bazel” (İsveçrə) 23:45. “Şalke” (Almaniya) – “Styaua” (Rumıniya) F qrupu 23:45. “Marsel” (Fransa) – “Arsenal” (İngiltərə) 23:45. “Napoli” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) G qrupu 23:45. "Austriya" (Avstriya) - "Porto" (Portuqaliya) 23:45. "Atletiko" (İspaniya) – "Zenit" (Rusiya) H qrupu 23:45. “Barselona” (İspaniya) – “Ayaks” (Hollandiya) 23:45. “Milan” (İtaliya) – “Seltik” (Şotlandiya) |
|
Xəbər 904 dəfə oxundu. |
|
|