"Atletiko" daha bir futbolçusu müqavilə yenilədi | |
"Atletiko" (Madrid) klubu daha bir futbolçusu ilə müqaviləni yeniləyib. Madrid təmsilçisi Xuan Fransisko Torreslə müqavilənin müddəti 2017-ci ilin may ayına qədər uzadıb. İmzalanmadan sonra 28 yaşlı yarımmüdafiəçi komandasına ona güvəndiyi üçün təşəkkürünü bildirib: "Bu formanı uzun illər geyindiyim üçün xoşbəxtəm. Azarkeşlərə ən yaxşı oyunumu göstərmək bu həyatda əsas məqsədlərimdən biridir". Xatırladaq ki, Xuanfran 2011/2012 mövsümünün əvvəlində "Osasuna"dan 4 milyon 250 min avroya "Atletiko"ya transfer olunub. Qeyd edək ki, klubun qarşıdakı günlərdə Arda Turanla müqaviləni yeniləcəyi gözlənilir. |
|
Xəbər 866 dəfə oxundu. |
|
|