"İnter" baş məşqçisinə sahib çıxdı | |
Bakının “İnter” klubu baş məşqçisi Kaxaber Sxadadze ilə bağlı qərarını verib. Premyer Liqanın startındakı uğursuzluqdan sonra gürcüstanlı mütəxəssisin istefaya göndəriləcəyi ehtimal olunsa da, bunun əksi baş verib. Belə ki, “İnter” Sxadadze ilə yeni müqavilə imzalayıb. Anlaşmaya əsasən gürcüstanlı mütəxəssis komandaya 2014/15-ci il mövsümündə də rəhbərlik edəcək. Bu isə o deməkdir ki, baş məşqçi təxminən daha 2 il – 2015-ci ilin yayına kimi postunda qalacaq. Qeyd edək ki, Sxadadze 2009-cu ilin yayından “İnter”ın baş məşqçisidir. |
|
Xəbər 1005 dəfə oxundu. |
|
|