Terim: "İstədiyim milli komanda budur"
Türkiyə millisinin baş məşqçisi Fatih Terim "DÇ-2014"ün seçmə mərhələsində Andorra ilə oyundan (5:0) sonra açıqlamalar verib.

"Ntv Spor"a danışan təcrübəli mütəxəssis bunları deyib: "İki-üç gün ərzində çox şey edə bilməsək də, futbolçularım oyunda istədiklərimi etdilər. Ölkənin milli komandaya, millinin isə azarkeşlərə ehtiyacı var. Sadəcə bizim qazanmağımız kifayət etmir, rəqiblərin də matçları önəmlidir".

Terim futbolçularını göstərdikləri oyuna görə təbrik edib: "Andorra bizim səviyyəmizdə deyil, ancaq çox sevinirik. Bu matçı qazanmağımız önəmli idi. Kayseri də bizi dəstəkləyən bütün azarkeşlərə təşəkkürümü bildirirəm.İstədiyim milli komanda budur".

Xəbər 910 dəfə oxundu.