Messi və atası məhkəmə qarşısında
İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi bu ölkənin iqtisadi cinayətkarlıqla mübarizə idarəsinə 5 milyon avro cərimə ödəyib.

Bu barədə məhkəmədən açıqlama verilib.

Argentina millisində də çıxış edən hücumçu və atası 5 milyon 16 min 542 avro 27 sent ödəsələr də, sentyabrın 17-də məhkəmədə ifadə verməli olacaqlar. Messi 2006 – 2009-cu illərdə 4 milyon avro vergi ödəməməkdə şübhəli bilinir.

Qeyd edək ki, Lionel Messi ildə 40 milyon avrodan çox qazanır.

Lent.az

Xəbər 853 dəfə oxundu.