"Milan"ın iştirak ərizəsində ciddi səhv
Çempionlar Liqasında H qrubunda mübarizə aparacaq "Milan" UEFA-ya göndərdiyi iştirak ərizəsində ciddi səhvə yol verib.

İtaliya klubundan futbolçular siyahısını təqdim edən Umberto Qandini Stefan El Şaaravini A siyahısına yazmaqla, komandanın digər futbolçusu Mbay Niyanqı qruplarda oynamaq şansından məhrum edib.

UEFA qaydalarına əsasən 15 ilə 21 yaş arasındakı futbolçular klublarında iki ildən daha artıq forma geydikləri təqdirdə A siyahısının əvəzinə B siyahısında yer ala bilirlər. Şaaravi B siyahısında yazılsaydı, Niyanq A siyahısında olaraq forma geyinə biləcəkdi.

Klubun nümayəndəsi Qandi etdiyi bu hərəkətə görə üzr istəyib. Bununla da, Nianqın "Barselona", "Ayaks" və "Seltik"lə matçlarda iştirak etməyəcəyi dəqiqləşib.

Xəbər 928 dəfə oxundu.