"Rəvan" "Qarabağ"la oyunun hazırlığına start verdi
Topaz Premyer Liqanın 5-ci turu çərçivəsində "Sumqayıt”a 1:0 hesabı ilə qalib gələn "Rəvan" klubunun baş məşqçisi Vladislav Qədirov futbolçularına 2 günlük istirahət verib.

İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda üzvləri bu gündən yenidən hazırlığa başlayıb.

"Bayıl Arena”da baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşq 2 hissəyə ayrılıb. Belə ki, hazırlığın əvvəli fiziki hazırlığın yüksəldilməsinə hesablanmış təmrinlərlə olub. Ardından isə futbolçular taktiki-texniki hazırlığa keçib.

Toplu çalışmalar komanda üzvləri, xüsusən də yeni transferlər arasındakı qarşılıqlı anlayışı yüksəltməyə hesablanmış formada olub. Sevindirici məqam ondan ibarətdir ki, artıq Xuan Manuel Varea da fərdi məşqlərə başlayıb. Qolkiperlər isə qapıçılar üzrə məşqçi Kamil Qafarovun rəhbərliyi altında çalışıb.

Qeyd edək ki, "Rəvan" 6-cı turda evdə "Qarabağ"ı qəbul edəcək.

Xəbər 887 dəfə oxundu.