Voleybol millimiz "Volero"nu məğlub etdi | |
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir. Hazırda İsveçrədə olan komandamız daha bir yoxlama matçında qüvvəsini sınayıb. Faiq Qarayevin yetirmələri Sürixdə yerli “Volero” ilə qarşılaşıblar. Oyun voleybolçularımızın 3:1 (25:22, 21:25, 28:30, 20:25) hesablı qələbəsi ilə yekunlaşıb. Qeyd edək ki, yığmamız sabah yer aldığı C qrupunun oyunlarının keçiriləcəyi Drezdenə yollanacaq. |
|
Xəbər 946 dəfə oxundu. |
|
|