AFFA-nın prezidenti milli komandamızın üzvləri ilə görüşüb | |
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev futbol üzrə milli komandamızın üzvləri ilə görüşüb. AFFA-nın Futbol Akademiyasında keçirilmiş görüşdə bir neçə gündən sonra İsrail millisi ilə qarşılaşacaq komandamıza tövsiyələrini verən R.Abdullayev futbolçularımıza uğurlar arzulayıb. Azərbaycan millisi sentyabrın 7-də Ramat Gan şəhərindəki eyniadlı stadionda dünya çempionatının seçmə mərhələsi çərçivəsində İsrail yığması ilə qarşılaşacaq. |
|
Xəbər 716 dəfə oxundu. |
|
|