"İnter" istirahət etməyəcək
“İnter” Topaz Premyer Liqasının 5-ci turunun “Simurq”la oyunundan sonra futbolçulara istirahət verməkdən imtina edib. Bu addımla Kaxaber Sxadadze mətbuatın zərbələrindən yaranmış əzabın hirsini son oyunda 1:2 hesabıyla uduzan futbolçulardan çıxacaq.

Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsraillə oyunu ilə əlaqədar yaranan iki həftəlik fasiləyə görə əksər komandalar futbolçularına bir neçə günlük istirahət verib.

Paytaxt klubu növbəti oyununu sentyabrın 12-də “Neftçi”yə qarşı keçirəcək. Həmin oyunun hazırlıqları isə artıq başlayıb və məşqlər derbidən bir gün öncəyə qədər davam edəcək.

Xəbər 945 dəfə oxundu.