Radamel Falkao zədələndi | |
"Monako" klubunun hücumçusu Radamel Falkao zədələnib. Bu klubun Fransa Liqasının 4-cü turunda "Marsel"lə oynadığı matçda (2:1) baş verib. Sözügedən matçda yeni komandası ilə üçüncü qolunu vuran kolumbiyalı hücumçu qarşılaşmanın 72-ci dəqiqəsində ayağından zədələnib. Zədə səbəbindən futbolçu oyunu davam etdirə bilməyib. Falkaonun zədəsinin ciddi olub-olmadağı isə tibbi müayinədən sonra məlum olacaq. |
|
Xəbər 882 dəfə oxundu. |
|
|