Platini: "Fənərbaxça"ya qarşı heç bir qəsdimiz ola bilməz"
UEFA prezidenti Mişel Platini Türkiyənin "Fənərbaxça" klubunun avrokuboklardan kənarlaşdırılmasına münasibət bildirib. O, verdikləri qərarın düzgün olduğunu bildirib:

"UEFA olaraq danışılmış oyunlarla bağlı böyük mübarizə aparırıq. "Fənərbaxça" ilə bağlı Türkiyədən gələn bütün sənədlər, sübutlar əlimizə keçdi. Bu sənədləri də ən xırda detalına qədər araşdırdıq. Bundan sonra "Fənərbaxça"nın cəzalanması haqda qərar verdik. "Sarı lacivərdli" komanda Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) etiraz etsə də, bunun faydası olmadı. "Fənərbaxça"ya qarşı heç bir qəsdimiz ola bilməz. Rüşvətə güzəşt yoxdur. Bu mənada futbolçuların üzərinə də böyük yük düşür. Belə ki, heç bir futbolçu bu danışılmış oyunlarda iştirak etməməlidir. Əgər bu baş verərsə, onların karyeraları erkən bitə bilər".

Qeyd edək ki, danışılmış oyunlarda iştirakı sübuta yetirilmiş "Fənərbaxça" klubu iki mövsümlük avrokuboklardan kənarlaşdırılıb.

Xəbər 1129 dəfə oxundu.