Ruslan Abışov orta qiymət aldı | |
Milli komandamızın futbolçusu Ruslan Abışovun Norveçin “Molde” klubuna qarşı çıxışı Rusiya mətbuatı tərəfindən qiymətləndirilib. “Rubin”in Avroliqanın pley-off mərhələsində rəqibinə 3:0 hesabı ilə qalib gəldiyi görüşdə Ruslan 6 bala layiq görülüb. Bu isə qiymət alan 14 futbolçu arasında orta göstəricidir. Rusiyalı həmkarlarımız onun çıxışı haqda isə bunu qeyd edib: “Azərbaycanlı futbolçu Rubin”in heyətinə nadir hallarda çıxır. Üstəlik, öyrənmədiyi mövqedə çıxış etdi. Cinah müdafiəçisi Abışov dayaq yarımmüdafiəsi zonasında mübarizə apardı və ikinci hissədə meydanda tamamilə üstün olan “Rubin”in ümumi oyun görünüşünü pozmadı”. Qeyd edək ki, “Rubin”də ən yüksək balı qol+ötürmə ilə yadda qalan Roman Yeryomenko (7,5) alıb. 20 dəqiqə çıxış edən Solomon Kverkveliyaya bal verilməyib. Ruslanın 64-cü dəqiqədə əvəzlədiyi Bibras Natxo isə 2-ci ən yüksək bala layiq görülüb – 7,0. |
|
Xəbər 1086 dəfə oxundu. |
|
|