İlk lisenziya sahibimiz dünya çempionatına yollanır

Avqustun 27-də Koreyada atletika üzrə dünya çempionatı start götürəcək. İdman.com.az saytının məlumatına görə, yarışda ölkəmiz 1 idmançı ilə təmsil olunacaq. Asiyada üçrəngli bayrağımızı Dmitri Marşin yüksəltməyə çalışacaq. Azərbaycana London-2012-yə ilk lisenziyanı qazandıran atlet çəkicatma yarışında mübarizə aparacaq.
Qeyd edək ki, Marşin Minskdə keçirən beynəlxalq turnirdə 74,04 m nəticə ilə olimpiya normativini yerinə yetirmişdi.

Xəbər 1269 dəfə oxundu.