"Trabzonspor" və Kiyev "Dinamo"su qrup mərhələsində | |
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinə yekun vurulub. Təmsilçimiz "Qarabağ"la birlikdə 58 komanda qrup mərhələsi üçün mübarizə aparıb. "Neftçi"ni Çempiomlar Liqasından uzaqlaşdıran "Skenderbeu" Ukraynanın "Çernomorets" klubu ilə qarşılaşıb. İlk oyun "Çernomorets"in minimal hesablı qələbəsi ilə bitib. Cavab matçında meydan sahibləri 1:0 hesabı ilə qələbə qazandığından əlavə hissəyə ehtiyac duyulub ki, burada da qol olmayıb. Penaltilər seriyasında daha dəqiqə oynayan Ukrayna təmsilçisi 8:7 hesabı ilə qalib gələrək qrup mərhələsində vəsiqə qazanıb. “Xəzər Lənkəran”ın Avroliqadakı çıxışını yarımçıq saxlayan “Makkabi” (Hayfa) “Astra” klubu ilə üz-üzə gəlib. İlk oyunda İsrail təmsilçisi 2:0 hesablı qələbə qazanıb. Səfərdə 1:1 oynayan "Makkabi" qrupda oynamaq hüququ əldə edib. Bakı “İnter”ini mübarizədən kənarlaşdıran “Tromse” isə səfərdə "Beşiktaş"la qarşılaşıb. İlk oyunda "Tromse"yə 1:2 hesabı ilə məğlub olan "qara qartal" doğma meydanda qələbəyə sevinib - 2:0. |
|
Xəbər 1002 dəfə oxundu. |
|
|