U-21 komandasının İsrailə gedəcək heyəti açıqlanıb | |
Sentyabrın 8-də Netanya şəhərindəki eyniadlı stadionda 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İsrail-Azərbaycan oyunu keçiriləcək. Bu qarşılaşma üçün yığmamızın heyəti açıqlanıb. Heyətdə Mirhüseyn Seyidov, Elvin Yunuszadə, Tərlan Quliyev, Emin Mehtiyev, Emil Balayev (hamısı “Neftçi”), Elşən Abdullayev, Slavik Alxasov, Kərim Diniyev (hər üçü “Sumqayıt”), Amit Quluzadə, Urfan Abbasov (hər ikisi “Qəbələ”), Namiq Ələsgərov, Şəhriyar Əliyev (hər ikisi “Bakı”), Orxan Sadıqlı, Ağabala Ramazanov (hər ikisi “Xəzər-Lənkəran”), Ruslan Tağızadə (AZAL), Hacı Əhmədov (“Qarabağ”), Rəşad Eyyubov (“Simurq”), Abdulla Abasiyev (“İnter”), Bayram Budaqov (“Dnepr”, Ukrayna), Fatih Şanlı (“Yimpaş Yozgatspor”, Türkiyə), Andrey Popoviç (“Tavşanlı Linyitspor”, Türkiyə), Tuğrul Erat (“Fortuna Dusseldorf”, Almaniya) və Taşkın İlter “Eintracht Braunschweig”, Almaniya) yer alıblar. |
|
Xəbər 748 dəfə oxundu. |
|
|