Braziliyalı futbolçu rəsmən "Xəzər Lənkəran"da | |
"Xəzər Lənkəran" klubu daha bir futbolçunu heyətinə cəlb edib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün komandanın sıralarına qoşulub. 26 yaşlı futbolçu Braziliyanın A və B seriyalarında oynayan müxtəlif komandaların heyətində çıxış edib. 3 il "Palmeiras"ın uğurları üçün çalışan Deyvid, sonradan "Qoias", "Qremio", "Nautiko" və son iş yeri olan "Branqantino" klubunun da formasını geyinib. Klubla Deyvid Sakkoni arasında bir illik müqavilə imzalanıb. |
|
Xəbər 865 dəfə oxundu. |
|
|