"Bavariya" ciddi itki ilə üzləşdi | |
Almaniyanın "Bavariya" klubu ciddi itki ilə üzləşib. Münhen təmsilçisinin futbolçusu Tiaqo Alkantara "Nürnberq"lə oyunda zədələnib. Klubun rəsmi saytından verilən açıqlamada ispan yarımmüdafiəçinin əməliyyat olunacağı və 7 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Qeyd edək ki, Alkantara bu yay "Barselona"dan 25 milyon avroya "Bavariya"ya transfer olunub. |
|
Xəbər 906 dəfə oxundu. |
|
|