"Neftçi"nin futbolçusu milliyə dəvət olundu | |
“Neftçi” PFK-nın hücumçusu Bahodir Nasimov Özbəkistan milli komandasına dəvət olunub. İdman.com.az-ın klubun saytına istinadən verdiyi məlumata görə,futbolçu yığmasının heyətində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İordaniyaya qarşı keçiriləcək pley-off oyunlarında iştirak edə bilər. Özbəkistan milli komandası İordaniya yığması ilə sentyabrın 6-da səfərdə, 10-da isə evdə qarşılaşacaq. B.Nasimov bu qarşılaşmalara hazırlıq məqsədilə avqustun 28-dən sentyabrın 5-dək və sentyabrın 7-dən 10-dək Daşkənddə təşkil olunacaq təlim-məşq toplanışına da dəvət alıb |
|
Xəbər 940 dəfə oxundu. |
|
|