"Rabitə" hazırlığa başladı | |
Azərbaycan çempionu “Rabitə” yeni mövsümün hazırlıqlarına start verib. Bakı təmsilçisi yeni baş məşqçisi Angiolino Frigoninin rəhbərliyi altında ilk təlim-məşq toplanışına Bakıda start verib. Komandanın bir neçə oyunçusu millisinin düşərgəsində olduğundan məşqlərə qatılmır. İlkin olaraq, fiziki hazırlıq üzərində çalışan “Rabitə” ardınca Türkiyəyə səfər etməyi planlaşdırır. Komanda orada beynəlxalq turnirdə də iştirak edəcək. Qeyd edək ki, “Rabitə”nin bu mövsüm əsas hədəfi Çempionlar Liqasını qazanmaqla, Azərbaycan voleybolunda ilkə imza atmaqdır. |
|
Xəbər 945 dəfə oxundu. |
|
|