“Vengeri istəmirik”
"Arsenal"ı ən uzun müddət çalışdıran baş məşqçilərdən olan Arsen Vengeri klubun azarkeşləri komandada görmək istəmir.

Bu, təcrübəli mütəxəssisin klubun pulu olduğu halda bu yay yeni futbolçular transfer etməməsi ilə bağlıdır. Buna görə də azarkeşlər baş məşqçinin "Arsenal"a uyğun biri olmadığını bildirib.

London klubunun Vengerlə müqaviləni yeniləmək istədiyi bir vaxtda azarkeşlər onunla müqaviləni uzatmamağı tələb edib.

Bu tələbin qarşılığında rəhbərliyin hansı qərarı verəcəyi isə hələlik məlum deyil.

Qeyd edək ki, Vengerin komandası bu mövsüm İngiltərə Premyer Liqasında ilk oyunda "Aston Villa"ya 1:3 hesabı ilə məğlub olub.

Xatırladaq ki, Venger 1996-ci ildən "Arsenal"ı çalışdırır.

Xəbər 920 dəfə oxundu.