Yığmamız Estoniyaya məğlub oldu | |
Tallinn şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Estoniyanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq oyunu keçirib. İdman.com.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, qarşılaşma 3:2 hesabı ilə estoniyalı futbolçuların xeyrinə yekunlaşıb. Yığmamızın qollarını Elnur Cəfərov və Şahban Cəbrayılov vurub. |
|
Xəbər 868 dəfə oxundu. |
|
|