"Atletiko" futbolçusu ilə müqaviləni yenilədi
Madrid "Atletiko"sunun futbolçusu Dieqo Kosta daha beş il hazırkı klubunun şərəfini qoruyacaq.

La Liqa təmsilçisi braziliyalı hücumçu ilə müqaviləni yeniləyib.

Onun 2015-ci ildə bitəcək sözləşməsi 2018-ci ilə qədər uzadılıb.

Qeyd edək ki, Kostanın ötən mövsüm vurduğu 25 qol və 15 məhsuldar ötürməsi klubunun La Liqada üçüncü olmasında və İspaniya Kral kubokunu qazanmasında böyük rol oynayıb.

Xəbər 1072 dəfə oxundu.