Burak Yılmaz "Qalatasaray"dan ayrılır | |
Türkiyə Superkubokunda "Fənərbaxça" ilə final oyununda forma geymədiyi üçün Fatih Terimdən narazı qalan "Qalatasaray"ın futbolçusu Burak Yılmaz klubdan ayrıla bilər. Son oyunlarda iştirak edə bilməyən türk hücumçu hazırkı klubunda xoşbəxt deyil. Məhz bu səbəbdən Burakın menecerinin artıq oyunçu üçün gələn təklifləri dəyərləndirdiyi bildirilir. Oyunçu ilə maraqlanan klublar arasında "Valensiya", "Atletiko" (Madrid), "Tottenhem", Dortmund "Borussiya"sının olduğu iddia edilir. Hücumçunun adı çəkilən klublardan birinin təklifini qəbul edəcəyi və rəhbərliyin də buna icazə verəcəyi təqdirdə futbolçu komandadan ayrılması rəsmiləşəcək. Qeyd edək ki, "Qalatasaray"ın "Fənərbaxça" ilə oynadığı final matçından sonra Burak jurnalistin sualını cavablandırarkən "daha məni burada çətin görərsiniz" deyib. Hücumçunun həmçinin qarşılaşmadan sonra Fatih Terimə onu oynatmadığı üçün sərt şəkildə narazılığını bildirməsi də diqqətlərdən yayınmayıb. |
|
Xəbər 974 dəfə oxundu. |
|
|