"Liverpul" "Barselona"nın təklifini rədd etdi
Yeni müdafiəçi transfer etmək istəyən "Barselona" klubu "Çelsi"nin ardından "Liverpul"dan da rədd cavabı alıb.

"Liverpul"un futbolçusu Daniel Agger üçün təklif göndərən Kataloniya klubunun bu təklifi qəbul edilməyib.

"Barselona"nın oyunçunu transfer etmək istədiyini Aggerin meneceri Per Steffensen də təsdiqləyib: "Onlar "Liverpul"a Daniel üçün rəsmi təklif göndəriblər. Ancaq bu, klub tərəfindən rədd edildi. Danielin komandası ilə üç illik müqaviləsi var. "Liverpul" necə istəyirsə, elə olacaq".

Qeyd edək ki, bundan əvvəl Kataloniya klubunun David Luiz üçün "Çelsi"yə göndərdiyi təklif də London klubu tərəfindən rədd edilmişdi.

Xəbər 988 dəfə oxundu.