Teves karyerasını başa vurmaq istəyib
29 yaşlı KarlosTeves «Yuventus»a keçməzdən öncə futbolda istədiyi hər şeyə çatdığına əmin olduğunu bildirib: «Mən həmişə demişəm ki, karyeramı 28 yaşımda başa vurmaq istəyirəm və Roberto Mançini ilə münaqişələr səbəbindən də buna çox yaxın idim. Mən çox yorğun idim.

Mən «Mançester Yunayted»lə Çempionlar Liqasını, Premyer Liqanı», «Mançester Siti» ilə İngiltərə kubokunu qazanmışam. O zaman düşünürdüm ki, hər şeyi qazanmışam, futboldan doymuşam və karyeramı başa vurmaq istəyirəm. Lakin sonradan «Yuventus» peyda oldu. Bu, Avropanın ən böyük klublarından biridi. «Yuventus» məni fikrimi dəyişməyə vadar etdi».

Argentina yığmasında 62 oyun keçirmiş və 13 qol vurmuş futbolçu, bununla belə, 2011-ci ildən bəri çağırılmadığı ölkəsinin yığmasında yenidən oynamaq istəmədiyini söyləyib.

Xəbər 962 dəfə oxundu.