Ançelotti Ronaldunun qalacağına əmindir | |
Dünən Madrid «Real»ının portuqaliyalı ulduzu Kriştianu Ronaldunun klubla müqaviləsini uzatması barədə xəbərlər çıxsa da, sonradan komandanın baş məşqçisi Karlo Ançelotti bunu təkzib etdi. Bununla belə, italyan mütəxəssis əmindi ki, komandanın getmək barədə düşünmədiyinə əmindi. Ançelotti «Real»la müqaviləsi 2015-ci ilin yayınadək olan futbolçu haqqında bunları deyib: «Düşünürəm ki, Kriştianu və klub bu məsələdə arxayındılar. Oyunçu öz müqaviləsini uzatmaq istəyir və klub da bu niyyətdədi. Bu səbəbdən burada hər hansı problem yarana bilməz. Əslində, yeni müqavilənin nə zaman bağlanacağını bilmirəm. Bu, klub rəhbərliyinin və Ronaldunun işidir. Bunun nə zaman baş verəcəyini bilməsəm də, Ronaldunun yeni müqaviləni imzalayacağına əminəm». |
|
Xəbər 975 dəfə oxundu. |
|
|