«Qarabağ»dan Ramazan təbriki! | |
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin cavab matçları keçirilir. İdman.com.az saytı xəbər verir ki, Azərbaycan futbolsevərlərinin bütün diqqəti bir məkana - İsveçə yönəlib; bu turdakı yeganə təmsilçimiz “Qarabağ” cavab görüşündə yerli “Gefle” klubu ilə qarşılaşıb. Bakıda 1:0 hesab ilə qalib gəlmiş matçda üstün oyün nümayiş etdirən Ağdam təmsilçisi, səfərdə də təşübbüsü əlində saxlayıb. Bunun nəticəsi kimi, rəqibin qapısından daha 2 top vuran “Qarabağ” növbəti mərhələyə adlamaqla yanaşı, müqqəddəs Ramazan bayramında Azərbaycan xalqına xoş ovqat bəxş edib. Avropa Liqası 8 avqust, III təsnifat mərhələsi Cavab matçı 22:00. “Gefle” (İsveç) – “Qarabağ” (Azərbaycan)- 0:2 Qol: Çumbinyu, 41, Reynaldu da Silva, 50 ilk oyun - 0:1 |
|
Xəbər 1069 dəfə oxundu. |
|
|