Millimizin rəqibinin heyəti açıqlandı
"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində millimizin rəqibi olan İsrail yığmasının avqustun 14-də yoldaşlıq görüşü keçirəcəyi Ukrayna ilə oyun üçün heyəti açıqlanıb.

İsrail millisinin baş məşqçisi Eli Qutman Kiyevdəki oyun üçün 24 futbolçuya dəvət göndərib.

Qeyd edək ki, İsrail millisi seçmə mərhələ çərçivəsində sentyabrın 7-də evdə Azərbaycan yığmasını qəbul edəcək. Üç gün sonra Eli Qutmanın komandası Sank-Peterburqda Rusiyanın qonağı olacaq.

Qapıçılar: Dudu Avat ("Malyorka", İspaniya), Ariel Haruş ("Beytar", İsrail), Danni Amos ("Hapoel", Təl-Əviv)

Müdafiəçilər: Yuval Şpungin ("Mons", Belçika), Elad Qabay ("Makkabi", Hayfa), Tal Ben Haim ("Standart", Belçika), Dekel Keynan ("Makkabi", Hayfa), Eytan Tibi ("Makkabi", Təl-Əviv), Rami Gerşon ("Bereven", Belçika), Avi Rikan ("Sürix", İsveçrə).

Yarımmüdafiəçilər: Şeran Yeini ("Makkabi", Təl-Əviv), Qal Alberman ("Makkabi", Təl-Əviv), Bibras Natxo ("Rubin", Rusiya), Eran Zahavi ("Makkabi", Təl-Əviv), Beram Kayal ("Seltik", Şotlandiya), Maharan Radi ("Makkabi", Təl-Əviv), Maor Melikson ("Valensien", Fransa), Hen Ezra ("Makkabi", Hayfa), Yossi Benayun (klubsuz), Lior Rafaelov ("Brügge", Belçika).

Hücumçular: Eliran Atar ("Reims", Fransa), Eden Ben Basat ("Tuluza", Fransa), İtay Şexter ("Makkabi", Təl-Əviv), Şimon Abuhatzira ("Makkabi", Hayfa).

Xəbər 970 dəfə oxundu.