Ersun Yanal: "Mərhələni keçəcəyimizə inanıram"
"İlk matçdakı oyunumuzu hər kəs gördü. Biz mütəmadi olaraq oyununun tempini artırırdıq. Rəqibimiz gənc və mübariz bir klubdur. Oyunun taleyini dəyişə bilərlər. Zədəli olduğu üçün bir çox oyunçularımızın oynamaması "Zalsburq" qarşısında bizə problem yaradacağını düşünmürəm".

Bu sözləri "Fənərbaxça"nın baş məşqçisi Ersun Yanal Çempionlar Liqasının III təsnifat mərhələsidə "Zalsburq"la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

O, növbəti mərhələyə keçəcəklərinə inandığını bildirib: "Bizim səviyyəmiz və oyunçularımın təcrübəsi bu turu keçməmizə təsir edəcək. Futbolçularıma güvənirəm və mərhələni keçəcəyimizə inanıram. "Fənərbaxça" şanslı bir komandadır".

Qeyd edək ki, komandaların ilk oyununda 1:1 hesablı bərabərlik qeydə alınıb.

Xəbər 991 dəfə oxundu.