Klopp "Mançester Yunayted"in futbolçusunu istəyir
"Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Şinci Kaqava yenidən doğma komandası Dortmund "Borussiya"sına qayıda bilər.

Dortmund təmsilçisi artıq yaponiyalı futbolçunun transferi üçün danışıqlara başlayıb.

"Borussiya"nın baş məşqçisi Yurgen Klopp sabiq futbolçusu ilə tez-tez görüşdüyünü bildirib: "Kaqava ilə tez-tez görüşürəm. Ancaq onunla danışmaq elə də asan deyil. Çünki burada oynayarkən belə alman dilini öyrənə bilməmişdi. Meneceri vasitəsilə onunla əlaqə qururam. Kaqava "Borussiya"ya qayıda biləcəyini istisna etməyib. Hələ ki, gözləyirik".

Qeyd edək ki, Kaqavanın "Mançester Yunayted"lə 2016-cı ilə qədər müqaviləsi var.

Xəbər 939 dəfə oxundu.