Artur Zikonun yeni komandası bəlli oldu | |
Braziliya milli komandasının sabiq baş məşqçisi Artur Ziko Qətərin "Əl Qaraf" klubu ilə rəsmi müqavilə imzalayıb. Təcrübəli mütəxəssis iki il Qətər təmsilçisini çalışdıracaq. "Al Qaraf" braziliyalı baş məşqçinin karyerasında çalışdırdığı 9-cu klub olacaq. Qeyd edək ki, bundan əvvəl Ziko "Fənərbaxça", İraq millisi, "Kaşima Antlers", Yaponiya millisi, "Olimpiakos", CSKA (Moskva), "Flamenqo" və "Bunyodkor"da işləyib. |
|
Xəbər 902 dəfə oxundu. |
|
|