Ronaldo: "Mourinyonun dediklərinə əhəmiyyət vermirəm" | |
"Real"ın futbolçuusu Kriştiano Ronaldo sabiq baş məşqçisi Joze Mourinyonun onun haqqında səsləndirdiyi fikirə münasibət bildirib. Portuqaliyalı hücumçu İspaniya mətbuatına müsahibəsində Mourinyonun "əsl Ronaldo braziliyalıdır" deməsinə belə cavab verib: "Həyatda bəzən cavab verilməyə layiq olmayan şərhlər var. Bu səbəbdən də onun dediklərinə əhəmiyyət vermirəm. Mən hər zaman çalışdığım məşqçilərə hörmət etmişəm və onlardan yeni şeylər öyrənmək istəmişəm" - deyə Ronaldo bildirib. |
|
Xəbər 843 dəfə oxundu. |
|
|