İngilislər “Barselona”lıdan əl çəkdi | |
İngiltərənin “Mançester Yunayted” klubu “Barselona”nın yarımmüdafiəçisi Sesk Fabreqasın transferindən imtina edib. Bu barədə Kataloniya klubunun idman direktoru Andoni Zubizareta açıqlama verib. Klub rəsmisi daha öncə Fabreqas üçün 3 dəfə “Barselona”ya müraciət edən “Mançester Yunayted”in artıq bu istəyindən vaz keçdiyini bildirib: “Fabreqasa güvənirik və onun komandada olduğu üçün çox xoşbəxtik. “Mançester Yunayted” bunu anladı və bir daha Fabreqas üçün bizə müraciət etməyəcək”. |
|
Xəbər 834 dəfə oxundu. |
|
|