"Qalatasaray"ın Arda Turan israrı davam edir | |
"Qalatasaray" klubunun keçmiş futbolçusu Arda Turanı yenidən komandaya gətirmək israrı davam edir. 26 yaşlı yarımmüdafiəçinin transferi üçün "Cim Bom"un hətta ən önəmli futbolçularından birindən imtina etməyə hazır olduğu bildirilir. Belə ki, "Qalatasaray"ın Arda üçün Madrid "Atletiko"suna Burak Yılmazı təklif edəcəyi gözlənilir. Bunun üçün yaxın günlərdə "Qalatasaray"ın prezidenti Ünal Aysalın İspaniyaya gedəcəyi iddia edilir. Qeyd edək ki, Arda Turan 2011-ci ildə "Qalatasaray"dan "Atletiko" klubuna transfer edilmişdi. |
|
Xəbər 980 dəfə oxundu. |
|
|