"Araz" daha bir futbolçunu heyətinə qatdı | |
Vaxtilə “Qəbələ”də çıxış edərkən əvəzedicilərin çempionatında bombardir olmuş Rəhman Musayevin yeni klubu müəyyənləşib. “Qəbələ”dən sonra AZAL-ın əsas komandasında ümidləri doğrultmayaraq “yoxa çıxan” futbolçu karyerasını “Araz”da davam etdirəcək. Bu barədə Naxçıvan təmsilçisinin baş məşqçisi Əsgər Abdullayev məlumat verib. Təcrübəli mütəxəssis bildirib ki, Musayev qarşıdakı mövsümü “Araz”da keçirəcək. |
|
Xəbər 927 dəfə oxundu. |
|
|