"Gefle" - "Qarabağ" matçının baş hakiminin adı açıqlandı | |
Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Gefle" - "Qarabağ" matçının baş hakimi müəyyənləşib. İdman.com.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, oyunu isveçrəli Stefan Klossner idarə edəcək. Qeyd edək ki, "Norrporten Arena"da keçiriləcək "Gefle" - "Qarabağ" oyunu avqustun 8-nə nəzərdə tutulub. Lakin hələlik görüşün başlama saatı açıqlanmayıb. |
|
Xəbər 858 dəfə oxundu. |
|
|