"Valensiya"nın futbolçusu Premyer Liqa yolunda | |
İngiltərənin "Tottenhem" klubu "Valensiya"nın hücumçusu Roberto Soldadonu transfer etməkdə israrlıdır. London təmsilçisi ispaniyalı futbolçu üçün 25 milyon avro tələb edib. Lakin "Tottenhem"in təklifi rədd olunub. Belə ki, "Valensiya" rəhbərliyi Soldadonu 30 milyon avrodan aşağı satmayacaqlarını bəyan edib. 25 yaşlı futbolçu isə hələlik bu təklifə heç bir münasibət bildirməyib. Qeyd edək ki, 2010-cu ildən "Valensiya"nın şərəfini qoruyan Soldado keçirdiyi 101 oyunda 59 qola imza atıb. |
|
Xəbər 882 dəfə oxundu. |
|
|